Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçiliyimizin təməlidir

26.05.2023

Mayın 26-da Masallı rayon Heydər Əliyev Mərkəzi, Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 28 may - Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.

Masallı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə açıq elan edən Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərancamlarına əsasən bu tarixi günün hər il xalqımız tərəfindən bayram edildiyini xüsusi vurğulayıb.

Tədbirdə Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, müstəqilliyimizin keşməkeşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən danışıb.

“Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçiliyimizin təməlidir” mövzusunda mühazirə ilə çıxış edən Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Sevinc Əliyeva bildirib ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. 

Sonra Müstəqllik Gününə həsr olunan sənədli film nümayiş olunub.