Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları

26.05.2023

Mayın 26-da  Masallı rayon Mərkəzi Kitabxanasının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə kitabxanada “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Samid Əliyev, Gənclər İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, YAP Masallı rayon təşkilatının əməkdaşı Eldar Kazımov, Masallı Regional Dövlət  Kollecinin tələbələri,YAP-ın fəal gəncləri və kitabxana əməkdaşları iştirak ediblər.

Tədbirdə gənc və yeniyetmələr arasında ciddi təhlükəyə çevrilən narkomaniya ilə mübarizə metodlarından ətraflı bəhs edilib.

Qeyd edək ki, narkomaniyaya qarşı mübarizə mövzusunda təşkil edilmiş tədbir Prezident İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair təsdiq olunmuş 2019–2024-cü illər üçün “Dövlət Proqramı”na uyğun olaraq keçirilib.