Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan hüquq və azadlıqlarının təminatı

25.05.2023

Mayın 25 -də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin, Ombudsmanın Cənub Regional Mərkəzinin təşəbbüsü ilə “ Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” nın  icrası ilə bağlı “İnsan hüquq və azadlıqlarının  təminatı” başlığı altında R.Əlihəsənov adına şəhər 1 saylı tam orta məktəbində tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər  Əliyevin və şəhidlərin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ağamməd  Şənmədov bildirib ki, Azərbaycanda insan hüquqlarının inkişafı siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin həmişə insan hüquqlarının müdafiəsinə xüsusi önəm verdiyini vurğulayan direktor Azərbaycanda insan hüquqları sahəsində ilk dövlət proqramının məhz xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təsdiq edildiyini qeyd edib. Məktəb direktoru Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi insan hüquqları siyasətinin artıq milli strategiya kimi formalaşdığını, dövlət başçısı tərəfindən təsdiq edilmiş insan hüquqlarına dair Milli Fəaliyyət Planı və Proqramının insan hüquqları sahəsində yeni inkişaf mərhələsinin əsasını qoyduğunu, Birinci vitse-prezident Mehriban Əliyevanın insan hüquqlarına, xüsusilə də uşaq hüquqlarına olan diqqətinin bu sahəyə qayğının daha da artmasına səbəb olduğunu qeyd edib.

Daha sonra çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva və Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov İnsan hüquqları üzrə müvəkkilin insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində həyata keçirdiyi tədbirlər və beynəlxalq əməkdaşlıq əlaqələrindən bəhs edərək, insan hüquq və azadlıqlarının qorunmasının dövlətin ali məqsədi olduğunu bir diqqətə çatdırıblar.

Sonda yeniyetmələrlə mövzu ətrafında aparılan sorğuda səsləndirdiyi fikir aydınlığına görə fərqlənən şagirdlər kitabla mükafatlandırılıb.