Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Sağlam həyat naminə narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

24.05.2023

Mayın 24-də Cəlilabad rayo Mədəniyyət Mərkəzinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə mərkəzdə "Sağlam həyat naminə narkomaniyaya yox deyək!" mövzusunda tədbir keçirilib.

Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları və gənclər iştirak edib. Əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan mədəniyyət mərkəzinin direktoru Ramil İbrahimov narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə təbliğat xarakterli görüşlərin keçirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, bu sahə ilə bağlı davamlı olaraq profilaktik tədbirlər həyata keçirilir.

Tədbir iştirakçıları narkomaniyanın acı fəsadlarından danışaraq qeyd ediblər ki, narkomaniya ilə mübarizə istiqamətlərində maarifləndirmə, təbliğat və profilaktika işlərinin aparılması vacibdir.

Əsrin bəlasının yayılmasının əsas səbəblərini təhlil edən tədbir iştirakçıları cəmiyyətin bütün üzvlərini problemin həllində birgə fəaliyyətə, qarşılıqlı əməkdaşlığa çağırıblar. Müasir gəncliyi, xüsusən də onun böyük bir hissəsini təşkil edən tələbələri narkomaniyadan qorumaq məqsədilə profilaktik tədbirlərin, maarifləndirici görüşlərin vacibliyini önə çəkən ekspertlər faktlar əsasında narkomaniyanın cəmiyyətə vurduğu böyük mənəvi zərbəni şərh ediblər, cəmiyyətin mənəvi əsaslarını dağıdan bu bəladan qurtulmaq üçün yeniyetmə və gənclərə zərərli vərdişlərin fəsadları haqqında mütəmadi məlumat verilməsini zəruri sayıblar.

Yekunda Ağ ölümün fəsadlqrını əks etdirən maarifləndirici film nümayiş olunub