Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanda din və vicdan azadlığı tam təmin edilir

22.05.2023

Mayın 22-də Masallı rayon Mərkəzi Kitabxanasında “Azərbaycanda din və vicdan azadlığı tam təmin edilir”  mövzusunda tədbir keçirilib.

Tədbirə başlamazdan öncə ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni bildirib ki, Azərbaycanda din və vicdan azadlığına Konstitusiya normaları əsasında tam təminat verilir.Respublikamizda din-dövlət münasibətləri cəmiyyətdə təşəkkül tapan dəyərlərə və ölkənin milli maraqlarına uyğun tənzimlənir.

Sonra kitabxananın əməkdaşı Arzu Hüseynova məruzəsində vurğulayıb ki,Prezident İlham Əliyevin siyasi iradəsinə əsasən respublikamızda söz və vicdan azadlığnın qorunması istiqamətində zəruri tədbirlər həyata keçirilir.Azərbaycanda mövcud olan sabitlik müxtəlif dinlərin nümayəndələrinə öz ibadətlərini təhülkəsiz şəraitdə yerinə yetirmələrinə şərait yaradır. Qeyd olunub ki, son illərdə Mətbuat Şurasının birbaşa iştirakı ilə media və dini qurumlar arasında əməkdaşlığın müsbət ənənəsi formalaşıb.Bu qurumların  birgə fəaliyyəti vətəndaşların dini bilikləri düzgün alması, onların dindən siyasi məqsədlər üçün istifadə edən qüvvələrin  mənfi təsirindən qorunmasında  böyük  əhəmiyyət daşıyır.