Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Açıq qapı” günləri

23.05.2023

Mayın 23-də “Açıq qapı” günləri ilə əlaqədar məktəblilərin Masallı Dövlət Rəsm Qalereyasına və Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı şagirdlərə regionun tarixi, adət-ənənələri, ziyalıları, qəhrəmanları, rəsm əsərləri və mədəni irsi haqqında geniş məlumat verilib.

Qeyd edək ki, “Heydər Əliyev ili”, “Məktəblilər üçün muzey həftəsi” layihəsi və “Açıq qapı” günləri çərçivəsində mayın 19-dan başlayan ekskursiyalarda Sakit Tağıyev adına şəhər 4 saylı, İntiqam Əsgərli adına şəhər 3 saylı, Rafiq Əlihəsənov adına şəhər 1 saylı, Nəriman Nərimanov adına şəhər 2 saylı, Boradigah qəsəbə 2 saylı , E. Əhədov adına Təzə Alvadı , Təklə, Kubin, Yelağac, Banbaşı, Musaküçə, Əmirtürbə, Böyük Xocavar, Yeyənkənd, Şıxlar kənd  1 və 2 saylı tam orta məktəblərinin şagirdləri iştirak edib.