Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanın müstəqillik savaşı

24.05.2023

Mayın 24-də Masallı Tarix -Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Ə. Vəliyev adına Qarğalıq kənd tam orta məktəbində 28 may-Müstəqillik Gününün yaranmasının 105 iliyinə həsr olunan “Azərbaycanın müstəqillik savaşı” mövzusunda tarix dərsi keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Muzeyin əməkdaşı Çingiz Qurbanov Azərbaycanda müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynaması haqqında geniş məruzə ilə çıxış edib.

Yekunda şagirdlərlə mövzu ətrafında sorğu aparılıb.