Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağ ölümə yox deyək

23.05.2023

Mayın 23-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Narkomaniya ilə mübarizəyə dair Tədbirlər Planına müvafiq olaraq mərkəzdə "Ağ ölümə yox deyək" adlı tədbir keçirilib.

Tədbirdə Yardımlı rayon Köryədi kənd ümumi orta məktəbinin şagirdləri iştirak edib

Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə bütün dünyanı ağuşuna alan, gənclərin düzgün istiqamətdə formalaşaraq vətənə, dövlətə xidmət etmələrinə əngəl olan, ən təhlükəli zərərli vərdişlərdən biri, narkomaniyanın yaratdığı fəsadlardan, həmçinin bu bəladan qurtulmada təbliğatın önəmindən bəhs edib.

Yekunda şagirdlər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən ekponatlarla və mərkəzdəki sərgilərlə tanış olublar.