Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəni irsin nəsildən-nəslə ötürülməsi

22.05.2023

Mayın 22-də Masallı Tarix -Diyarşünaslıq Muzeyində  İnsan hüquqları layihəsi çərçivəsində “Mədəni irsin nəsildən-nəslə ötürülməsi” mövzusunda tədbir keçirilib.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar -Texnologiya Kollecinin tələbə və müəllimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra muzeyin elmi işçisi Dilgüşə Məmmədova Kollecin muzeyşünaslıq ixtisası üzrə 4-cü kurs tələbələrinə “Muzey işi və mədəni irsin təbliği” mövzusunda geniş məruzə ilə çıxış edib.

Tədbirdə muzeyin direktoru Əntiqə Tağıyeva və kollecin müəllimi Aytən Kərimova tələbələrə yiyələndikləri peşənin xüsusi özəlliklərindən danışaraq onlara müvafiq məsləhət və tövsiyələrini veriblər.

Yekunda tələbələr muzey və qalereyaya ekskursiya ediblər.