Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Zəfər tarixi” mövzusunda tarix dərsi keçirilib

23.05.2023

Mayın 23-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə mərkəzdə "Zəfər tarixi" mövzusunda tarix dərsi keçirilib.

Yardımlı rayon Vəlixanlı kənd orta məktəbinin rəhbərliyi, müəllim və şagird kollektivinin iştirak etdiyi dərsdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə xalqımızın şanlı tarixinə çevrilən Zəfər tariximiz barədə geniş məlumat verib. Z.Məmmədzadə Vətən müharibəsində əldə olunan misilsiz qələbənin təminatçısı olan ordu-dövlət-xalq birliyini xüsusi vurğulayıb və gənclərimizə vətənpərvər olmalarını arzulayıb.

Daha sonra GİKM-in Yardımlı nümayəndəliyinin direktoru Səfail İbişli də mövzu ilə bağlı fikirlərini ifadə edib.

Yekunda şagirdlərə mərkəzdə mövcud olan eksponatlar və sərgilər barədə ətraflı məlumat verilib, xatirə fotoları çəkilib.