Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayonunda Etno-caz konserti

23.05.2023

Fərdin Məhəmmədzadənin “Nəva” qrupu və Səxavət Məmmədov (tar) mayın 23-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Etno-caz konserti ilə çıxış edib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Konserti giriş sözü ilə açan Masallı Xalq Teatrının rejissoru Camaləddin Əliyev qonaqları salamlayaraq, mədəniyyət nazirliyinin ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlarda təşkil olunan qastrol səfərləri haqqında məlumat verib.

“Nəva” qrupunun üzvləri Fərdin Məhəmmədzadənin (piano), Şəmsi Məmmədovun (bass), Cəfər Həsənovun (percussion) və Səxavət Məmmədovun (tar) rəngarəng ifaları maraqla qarşılanıb. 

Qeyd edək ki, Mədəniyyət Nazirliyi Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində may ayı üçün regionlara təşkil olunan qastrol səfərlərinə start verib. Regionlara təşkil olunan qastrol səfərləri çərçivəsində Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində keçirilən Etno-caz konsertində muğam və caz janrlarından rəngarəng musiqi parçalarının sintezindən ibarət kompozisiyalar ifa olunub.