Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev və milli - mənəvi dəyərlərimiz

18.05.2023

Mayın 18-da Cəlilabad rayon Mərkəzi Ktabxanasının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə kitabxanada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.

Tədbirdə əməkdar mədəniyyət işçisi Cahangir Muradov, ADPU Cəlilabad filialının tarix müəllimi Ələsgər Mirzəzadə, Fəlsəfə elmləri üzrə doktor, ilahiyyatçı alim İlqar İsmayılzadə, tarix müəllimləri Rza Rzayev, Elşad Əmənov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Cavidan Rəşidov, Həsən Hümmətov, Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Suluçeşmə kənd ümumi orta məktəbinin müəllimi Ziya Qürbətov, MKS-nin əməkdaşları, ziyalılar, həmçinin ADPU-nun Cəlilabad filialının tələbələri iştirak ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi, müxtəlif dinlərə məxsus dini abidələrin qorunması istiqamətində imzaladığı Sərəncamlar və digər misilsiz xidmətləri haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev ömrünü bütövlükdə respublikamızın çiçəklənməsinə həsr edib.

Yekunda "Heydər Əliyev və  milli-mənəvi dəyərlərimiz” adlı sənədli film nümayiş olunub.