Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlı rayonunda “Zəfər tarixi” mövsusunda tarix dərsi keçirilib

19.05.2023

Mayın 19-də Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə muzeydə “Zəfər tarixi” mövzusunda tarix  dərsi keçirilib.

Yardımlı rayon  Peşə məktəbinin şagird və müəllim kollektivinin iştirak etdiyi dərsdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra muzeyin direktoru vəzifəsini icra edən İlqar Həsənov, muzeyin əməkdaşı Aqil Əlizadə və məktəbin direktoru Qabil Ağayev  mövzu ilə bağlı çıxış ediblər.

Yekunda şagirdlər muzeydə olan eksponatlarla tanış olublar.