Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nağıl saatı

19.05.2023

Mayın 19-da Masallı rayon Mərkəzi Kitabxanasında azyaşlı oxucular üçün  “Nağıl saatı” təşkil olunub.

Tədbirdə şəhər 4 saylı tam orta məktəbin III sinif şagirdləri iştirak ediblər.

Uşaq şöbəsinin müdiri Günəş Ağayeva uşaqlar üçün  “Sehrli qız” Azərbaycan xalq nağılını oxuyub, nağıl personajları haqqında məlumat verib.

Yekunda uşaqlar ümummilli lider Heydər Əliyevə həsr olunnan sərgi ilə tanış olublar.

Qeyd edək ki, “Nağıl saatı”nın keçirilməsində məqsəd uşaqları kitabxanaya və kitaba alışdırmaq, həmçinin onların düşüncə və təsəvvürlərini inkişaf etdirməkdir.