Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Muzeylər dayanıqlılıq və rifahdır

18.05.2023

Mayın 18 -də Masallı Tarix-Diyarşünaslıq Muzeyində 18-may Beynəlxalq Muzeylər Gününə həsr olunan “Muzeylər dayanıqlılıq və rifahdır” adlı tədbir keçirilib.

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncovun, mədəniyyət nümayəndələrinin, ziyalıların, media nümayəndələrinin, müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Gənclər və İdman İdarəsinin rəisi Sadiq Cahangirov, mərkəzi kitabxananın direktor əvəzi Zamin Məmmədov, Masallı Xəbərləri (MİP) İnformasiya Portalının rəhbəri Rauf Cəbiyev,Asiya.az İnformasiya Agentliyinin baş redaktoru Cəfər Cəfərov çıxış edərək 18 may-Beynəlxalq Muzeylər Günü münasibətilə muzey sahəsində çalışnaları təbrik ediblər. Qeyd olunub ki, muzeylər hər xalqın milli mənəvi dəyərlərini və adət ənənələrini özündə əks etdirən ən zəngin sərvətidir.

Sonra N.Nərimanov adına şəhər 2 saylı, Bədəlan, Qızılavar kənd tam orta  məktəb şagirdlərinin, Masallı Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında şeirlər səslədirilib, rəqslər və səhnəciklər ifa edilib.

Tədbirdə Masallı Tarix -Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində rayon ümumtəhsil məktəbləri arasında keçirilən Dekorativ tətbiqi sənət növü üzrə ”Yaradıcı  əllər” müsabiqəsinin iştirakçılarına “Fəxri Fərman” və “Təşəkkürnamə” lər təqdim olunub.

Yekunda iştirakçıalr  ”Yaradıcı əllər” müsabiqəsinə təqdim olunan əl işlərindən ibarət sərgiyə baxış keçiriib və muzeyə ekskurisya ediblər.