Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 may - Beynəlxalq Muzeylər Günü

18.05.2023

Mayın 18-də Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyində "18 may-Beynəlxalq Muzeylər Günü" ilə əlaqədar tədbir keçirilib.

Yardımlı rayon Peşə Məktəbinin kollektivinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin direktor vəzifəsini icra edən İlqar Həsənov muzeyin yaranma tarixindən, həmçinin mövcud eksponatlar haqqında iştirakçılara geniş məlumat verib. Sonra məktəbin direktoru Qabil Ağayev çıxış edərək muzey əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib və təşkilatçılığa görə muzeyin kollektivinə minnətdarlığını bildirib.

Yekunda iştirakçılar muzeyə ekskursiya edib.