Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev və Müstəqil Azərbaycan Respublikası

18.05.2023

Mayın 18-də YAP Masallı rayon Təşkilatının, Mərkəzi Kitabxana ərazi partiya təşkilatıın birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Tədbirlər Planı”na uyğun olaraq “Heydər Əliyev və Müstəqil Azərbaycan ” mövzusunda tədbir keçirilib.

Masallı rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev Ulu Öndərin yaşadığı mənalı, kamil ömür yolundan,  xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi  haqqında məlumat verib. O, bildirib ki, ümumilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq, təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərib.

Sonra Yolağac kənd orta məktəbinin direktoru Sevil Ağammədova və Masallı Regional Kollecin əməkdaşı Gülşən İsayeva məruzə ilə çıxış ediblər.