Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənclərin Masallı rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası

17.05.2023

Mayın 17-də "Heydər Əliyev ili" çərçivəsində Masallı Gənclər Evi "SXM"-nin təşkilatçılığı ilə bir qrup rayon gənclərinin Masallı rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.

Ekskursiya zamanı mərkəzin əməkdaşları tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər, həmçinin mərkəzdə fəaliyyət göstərən "Kompüter kursları" haqqında gənclərə ətraflı məlumat verilib.