Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məktəblilərin kitabxanaya ekskursiyası

16.05.2023

Mayın 16-da Masallı rayon Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin şagirdləri Mərkəzi Kitabxanaya ekskursiya ediblər.

Ekskursiada məktəbin müəllimləri Həlimə Məlikova, Nazlı Əzizzadə və 6-7-ci sinif şagirdləri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əlyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra kitabxananın dierktor əvəzi Zamin Məmmədov kitabxananın fəaliyyəti və fonddan istifadə qaydaları haqqında şagirdlərə məlumat verib.

Ekskursiya zamanı şagirdlər kitabxanada təşkil olunan sərgilərlə tanış olub və kitablara abunə yazılıblar.