Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalq artisti Nurəddin Mehdixanlı Masallıda

15.05.2023

Mayın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, "Şöhrət" ordenli Xalq artisti Nurəddin Mehdixanlı Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində mədəniyyət nümayəndələri ilə görüşüb.

Gözüş zamanı Nurəddin Mehdixanlı maraqlı mövzularda danışaraq qonaqpərvərliyə görə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncova minnətdarlığını bildirib.

Qeyd edək ki, Xalq artisti Masallı rayonuna səfəri çərçivəsində YAP Masallı rayon Təşkilatının və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Əsrə bərabər ömür” adlı ədəbi-bədii kompozisiyanın nümayişində də iştirak edib.

Tədbirin yekununda Nurəddin Mehdixanlı Xalq şairi Zəlimxan Yaqubun Ulu Öndərin xatirəsinə həsr olunan “Sənin yerin görünəcək” adlı şeirini səsləndirib.