Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şuşanın şahinləri

12.05.2023

Mayın 12-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Türk dünyasının mədəniyyət paytaxtı” devizi altında “Şuşanın şahinləri” mövzusunda tədbir keçirilib.

Şəhid ailələri, qazilər, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva 44 günlük Vətən müharibəsinin Qələbə simvolunu daşıyan Şuşa şəhərinin 2023-cü il “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi və mədəniyyət  paytaxtımızda 9-12 may tarixlərində keçirilən VI “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı haqqında məlumat verib.Qeyd olunub ki, bu gün Qarabağın hər bir yerində aparılan quruculuq işləri və keçirilən dünya səviyyəli tədbirlərin təşkili yalnız bir məqsədə xidmət edir.

Sonra iki şəhid anası Ziba xanım Əsgərli oğullarının ona başucalığı gətirdiyinə görə hər zaman onlarla qürur duyduğunu, bütün şəhid anaları adından xalq və dövlət tərəfindən onlara göstərilən qayğı , diqqətə görə dərin təşəkkürünü ifadə efadə edib.

Daha sonra Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin Masallı rayon filialının sədri Nahid Rəhimov və təqaüddə olan hərbiçi Nazim Cəfərli çıxış edərək bildiriblər ki,  44 günlük müharibə qəhrəmanları bizlərin yüzilliklərdən qalmış qisasımızın müjdəçiləri, humanist olduğumuz qədər də ədaləti bərpa edə bilənlərdən olduğumuzu dünyaya bəyan etdilər.