Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Heydər Əliyev Mərkəzində sərgi-plener

12.05.2023

Mayın 12-də Masallı rayon Heydər Əliyev Mərkəzində rəsm dərnəyi şagirdlərinin “ Heydər Əliyev 100“ adlı sərgi-pleneri təşkil olunub.

“Heydər Əliyiyev ili” çərçivəsində təşkil olunan sərgi-pleneri mərkəzin direktoru Dilbər İbayeva açaraq  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə mərkəz tərəfindən keçirilən silsilə tədbirlər barədə məlumat verib və plenerin əhəmiyyətindən söz açıb.

Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nuranə Muradova sərgi-plenerin yeniyetmə və gənclərin vətənpərvərlik, dövlətə sədaqət və etimad ruhunda tərbiyə olunması, habelə böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması, onların yaradıcılıq imkanlarını genişləndirmək məqsədilə keçirildiyini qeyd edib.