Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət nümayəndələrinin Masallı rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası

12.05.2023

Mayın 12-də mədəniyyət nümayəndələrinin “Heydər Əliyev ili” çərçivəsində Masallı rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib. Ekskursiya zamanı mədəniyyət nümayəndələri “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100” adlı sərgiyə baxış keçiriblər.

Sonra Heydər Əliyevin ömür yolundan bəhs edən “Dahi azərbaycanlı” sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, filmdə ümummilli liderin zəngin ömür yolunu əks etdirən materiallar, xüsusilə də Naxçıvana rəhbərlik etdiyi dövr və gənclik illərini əks etdirən maraqlı faktlar yer almışdır.