Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nəsillərə örnək qəhrəmanlıq nümunəsi

12.05.2023

Mayın 12-də Masallı rayon Mərkəzi Kitabxanasında şəhid mayor Anar Novruzovun anadan olmasının 47-ci ildönümünə həsr olunan “Nəsillərə örnək qəhrəmanlıq nümunəsi” adlı tədbir keçirilib.

Tədbirdə Əmirtürbə kənd ümumi orta məktəbinin Vll sinif şagirdləri iştirak ediblər. Mərkəzi Kitabxana  və Güllütəpə kənd kitabxana filialının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Kitabxananın əməkdaşı Rasif Dadaşov, məktəbin tarix müəllimi Hafiz Mədətov Anar Novruzovun şərəfli ömür yolundan və hərbi karyerası dövründə qazandığı uğrlardan söbət açıblar.

Sonra kitabxananın  əməkdaşı Gülər Piriyeva məruzə edərək  bildirib ki, Anar Novruzovun timsalında xalqımızın igid oğulları, mərd qızları heç vaxt Vətənimizi darda qoymayıblar. Onlar düşmənə qarşı son damla qanlarına qədər vuruşub, doğma diyarımızın istiqlalı, ölkəmizin müstəqilliyi və azadlığı yolunda şəhidlik zirvəsinə ucalıblar. Xalqımız da daima onlarla öyünür, əbədi olaraq qəlblərində yaşadırlar.

Yekunda şagirdlər Qarabağ şəhidlərinə həsr olunmuş sərgi ilə tanış olublar.