Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyətə bağlı ömür

08.05.2023

Mayın 8-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə “Mədəniyyətə bağlı ömür” adlı tədbir keçirilib.

Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Ombudsmanın Cənub Regional Mərkəzinin direktoru Ziya İşmayılov, Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, mədəniyyət nümayəndələri və məktəbin kollketivi iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib. Sonra mərkəzin foyesində təşkil olunan şagirdlərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.

Tədbirdə çıxış edən MasallıRegional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov bildirib ki, Heydər Əliyev bir siyasi fenomen kimi hər zaman milli mədəniyyətin keşiyində durmuş və mədəniyyətimizin daim var olmasının səbəbkarlarından biri kimi adını tarixə qızıl hərflərlə yazdırmışdır. Qürurverici bir haldır ki, günümüzdə Azərbaycançılıq ideologiyasının artıq elmi əsasları var. Bu alim və mütəxəssislər tərəfindən öyrənilir və öyrədilir. Nə xoş bizə ki, Respublikanın dörd bir yanında əzəmətli Heydər Əliyev Mərkəzləri fəaliyyət göstərməkdədir. Bu mərkəzlər əhalinin mədəni gündəliyinin tələblərinə cavab verməklə yanaşı Azərbaycançılıq ideologiyasının əsas təbliğatçı ocaqlarına çevrilmişdir! Natiq çıxışında Mədəniyyət Nazirliyinin “Mədəniyyətə bağlı ömür” layihəsi və “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100” adlı foto sərgi haqqında da iştirakçılara məlumat verib.

Tədbir Uşaq İncəsənət Məktəbinin müəllim və şagirlərinin ifasında konsert proqramı ilə davam edib.