Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev ideyalarından güc alırıq

08.05.2023

Mayın 8-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində  "Heydər Əliyev ideyalarından güc alırıq" mövzusunda tədbir keçirilib.

Bozayran kənd orta məktəb kollektivinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir iştirakçılarını salamlayaraq sözə başlayan Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Ulu Öndərin dövlət siyasətinin əsas istiqamətlərindən biri olan gənclər siyasətindən, həmçinin orduya göstərilən diqqət və qayğıdan, cəmiyyətin bütün sahələrinin inkişafı üçün yaradılan şəraitdən bəhs edib. Sonra məktəbin direktoru Seymur Hüseynov mövzu barədə fikirlərini ifadə edərək, şagirdlərə öz tövsiyyələrini verib və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Yekunda şagirdlər mərkəzə ekskursiya edib.