Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənclərin Masallı rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası

09.05.2023

Mayın 9-da Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinə üzv olan gənclərin Masallı rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı mərkəzin direktoru Dilbər İbayeva ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mərkəzdə təşkil olunan “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100” adlı sərgi haqqında gənclərə məlumat verib.

Qeyd edək ki, sərgidə Ulu Öndərin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotolar nümayiş olunur.