Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Heydər Əliyev Mərkəzində akt zalının açılışı

09.05.2023

Mayın 9-da ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ilə Heydər Əliyev Fondunun təşəbbüsü və rayon sahibkarlarının maliyyə dəstəyi ilə Masallı rayon Heydər Əliyev Mərkəzində yeni tikilmiş akt zalının açılışı mərasimi keçirilib.

Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, Cavanşir Paşazadə, Tahir Mirkişili, Musa Qasımlı, Razi Nurullayev, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, YAP Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev, hüquq mühafizə orqanlarının rəhbərləri və digər rəsmilər iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.

Sonra tədbir iştirakçıları yeni tikilmiş akt zalı ilə tanış olub və Heydər Əliyev Mərkəzində ümummill liderin 100 illik yubileyi münasibəti təşkil olunan “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100” adlı foto sərgiyə baxış keçiriblər.