Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət edilib

07.05.2023

Mayın 7-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Cəlilabad rayon Komitəsinin təşkilatçılığı ilə Cəlilabad rayon Mədəniyyət Mərkəzinin və kitabxananın əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Mədəniyyət nümayəndələri Fəxri Xiiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət edib. Daha sonra mədəniyyət nümayəndələri Şəhidlər Xiyabanınna gələrək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.