Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev müstəqil Azərbaycanda kitabxana quruculuğunun banisidir

08.05.2023

Mayın 8-də Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən Qodman kənd kitabxana filialında “Heydər Əliyev ili”nə həsr olunmuş "Heydər Əliyev müstəqil Azərbaycanda kitabxana quruculuğunun banisidir" mövzusunda tədbir keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinə üzv olan gənclərin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Filial müdiri Sevanə Mənsimova tədbiri giriş sözü ilə açaraq ümummilli lider Heydər Əliyevin müstəqillik dövründə Azərbaycanda kitabxana quruculuğunun inkişafına, kitabxanların fəaliyyətinin müasir dövrün tələblərinə uyğun yenidən qurulması, avtomatlaşdırılması və modernləşdirilməsinə verdiyi töhfələrindən danışıb.

 

Tədbirin yekununda gənclər kitabxanada təşkil olunan sərgiyə baxış keçiriblər.