Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Faşizm üzərində qələbə bizim ümumi qələbəmizdir

08.05.2023

Mayın 8-də Masallı rayon Mərkəzi Kitabxanasında 9 may-Faşizm üzərində Qələbənin 78-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Rasif Dadaşov bildirib ki, hər il  9 May Qələbə Günü dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da təntənə ilə qeyd edilir. Faşist Almaniyası üzərində azadlıqsevər dövlətlər və xalqların ümumi səfərbərliyi sayəsində qazanılan zəfər bəşəriyyəti faşizm əsarətindən xilas edib.

Sonra  kitabxananın əməkdaşları Həbibə Hüseynova və Şəmsurə Nəsirova məruzə ilə çxış edərək, Faşizm üzərində möhtəşəm tarixi qələbənin  qazanılmasında azərbaycanlı döyüşçülərin qəhrəmanlığı və arxa cəhbədə əməkçi insanların gərgin zəhmətinin mühüm payı olduğunu vurğulayıblar. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev Böyük Vətən Müharibəsi veteranlarına hər zaman böyük dəyər verirdi. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev də veteranların sosial müdafiəsini daim diqqətdə saxlayır, onların həyat şəraitinin yüksəldilməsi istiqamətində ardıcıl addımlar atır.