Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev-100

06.05.2023

Mayın 6-da Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemininnin Güllütəpə kənd kitabxana filialının və kənd orta məktəbinin birgə təşkilatçılığı ilə məktəbdə ümummill lider Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbir keçirilib. 

Tədbirdə çıxış edən kitabxana filialının müdiri Gülsənəm Cahangirova Ulu Öndərin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizədən söhbət açıb. Qeyd olunub ki, Ulu Öndərin gənclərin qarşısında qoyduğu ən əsas tələbi məhz təhsil ilə bağlı idi. Təhsil prosesinin yüksək olması, müəllim-pedoqoji heyətin hazırlığının müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki təminatı Ümummilli Liderin hər zaman diqqət mərkəzində olub.

Yekunda şagirdlərin ifasında ümummilli lider  Heydər Əliyevə həsr olunan seirlər səsləndirilib.