Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sən Azərbaycan səmasında sönməyən bir günəşsən

08.05.2023

Mayın 8-də Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Banbaşı kənd kitabxana filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar "Sən Azərbaycan səmasında sönməyən bir günəşsən" adlı tədbir keçirilib.

Tədbirdə kənd ərazi nümayəndəliyinin əməkdaşları və Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan filial müdiri Əsmər Əliyeva ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb və dahi şəxsiyyətin dünyada ən şirin nemət olan müstəqilliyi bizlərə bəxş etməsini xüsusi vurğulayıb. Sonra məktəbin tarix müəllimi Həlimə Məlikova Ulu Öndərin həyatı haqqında iştirakçılara geniş məlumat verib.

Yekunda şagirdlərin ifasında Ulu Öndərə həsr olunan şeirlər səslənidirlib.