Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Özünü məhv etmə! Narkotikə yox de!” mövzusunda maarifləndirici tədbir

04.05.2023

Mayın 4-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Özünü məhv etmə! Narkotikə yox de!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, aparıcı məsləhətçi-komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Günay İbadova, rayon prokurorunun böyük köməkçisi Rahim Qənbərli, Cəlilabad Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Anar Atakişiyev, Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova, rayon gənclər və idman idarəsinin rəisi Elçin Hüseynov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon Təhsil sektorunun aparıcı-məsləhətçisi Tacəddin Əli, Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad nümayəndəliyi Elnur Atakişiyev, ümumtəhsil müəssisələrində təhsil alan X-XI sinif şagirdləri və tələbələr iştirak edib.

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Günay İbadova tədbirdə çıxış edərək narkomaniyanın yaratdığı fəsadlardan, onun gəncliyimizin gələcəyi və sağlamlığı üçün ciddi təhlükə törədən problemə çevrilməsindən danışıb, eləcə də hər kəsi bu mübarizədə əməkdaşlığa dəvət edib. Həmçinin çıxışlarda ümumbəşəri bəla sayılan narkotikin insan həyatına vurduğu zərbələrdən bəhs edilərək, gənclərin asudə vaxtlarını səmərəli şəkildə dəyərləndirmələri tövsiyə olunub. 

Yekunda mövzu ilə bağlı fotosərgiyə baxış keçirilib, maarifləndirici videoçarx və real həyata əsaslanan tamaşa iştirakçılara təqdim edillib.