Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xalq Heydər söyləyəcək” adlı şeir müsabiqəsi

05.05.2023

Mayın 5-də Cəlilabad rayon Mərkəzi Kitabxanasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Xalq Heydər deyəcək" adlı şeir müsabiqəsi keçirilib.

Mədəniyyət nümayəndələrinin, məktəb kollektivlərinin, müəssisə rəhbərlərinin, şəhid valideyinlərinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 5 məkdəb üzrə ümumilikdə 13 şagirdin iştirak etdiyi müsabiqədə səsləndirilən şeirlər münsiflər tərəfindən qiymətləndirilib.

Yekunda şəhid Rəşad Abdullayev adına 2 saylı məktəbin şagirdi Rüqayyə Qasımova 1-ci yerə, Zəhra Niftullazadə 2-ci yerə, Selcan Camalova isə 3-cü yerə layiq görülüb.

Qaliblər və müsabiqə iştirakçıları Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Cəlilabad rayon Komitəsinin sədri Cəbrayıl Gözəlov tərəfindən mükafatlandırılıb.