Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda “N” saylı hərbi hissədə tədbir keçirilib

06.05.2023

Mayın 6-da Cəlilabad rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Göytəpə şəhərində yerləşən "N" saylı hərbi hissədə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən Masallı Regional Mədənniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev idarə rəisinin salamlarını hərbi hissənin əsgər və zabit heyətinə çatdırıb.

Tədbir mədəniyyət mərkəzinin solistlərinin ifasında konsert proqramı ilə davam edib.