Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev ili” çərçivəsində ümumtəhsil məktəblərində “Unudulmaz dahi” adlı layihə

05.05.2023

Mayın 5-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin "Heydər Əliyev ili" çərçivəsində rayonun ümumtəhsil məktəblərində həyata keçiridiyi “Undulmaz dahi”layihəsinin növbət tədbiri S.N.Abıyev adına Köryədi kənd orta məktəbində baş tutub.

Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Muradovanın, Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyevin məktəbin şagird və müəllim kollketivinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, həmçinin şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Məmmədova, Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev, məktəbin direktoru Mehralı Musatafayev, mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə çıxış edərək layihənin mahhiyəti, o cümlədən “Heydər Əliyiyev ili” çərçivəsində mərkəzdə, həmçinin digər müəssisələrdə keçirilən tədbirlər haqqında məlumat veriblər.Natiqlər gənclərimizi vətənpərvər olmağa çağırmaqla, Ulu Öndər irsinin qorunub saxlanılmasının əhəmiyyətini xüsusi vurğulayıblar.

Yekunda “Unudlmaz dahi” adlı sərgiyə baxış keçirilib.