Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nə qədər ki, Azərbaycan xalqı var, Heydər Əliyev ideyaları yaşayacaq

05.05.2023

Mayın 5-də S.N.Abıyev adına Köryədi kənd orta məktəbində Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Yardımlı rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə "Nə qədər ki, Azərbaycan xalqı var, Heydər Əliyev ideyaları yaşayacaq" mövzusunda tədbir keçirilib 

Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev, mərkəzin əməkdaşları, Köryədi kənd orta məktəbinin direktoru Mehralı Mustafayev  və Nisəqala kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirdə mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə çıxış edərək Azərbaycan xalqının taleyində silinməz izlər qoyan Ulu Öndər Heydər Əliyevin güclü, yenilməz Azərbaycan naminə həyata keçirdiyi ideyaları, həmçinin mərkəzin fəaliyyət istiqamətləri haqqında iştirtakçılara məlumat verib.

Yekunda məktəbdə təşkil olunan “Unudulmaz dahi” adlı sərgiyə baxış keçirilib