Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zamanın axarını dəyişən Lider

05.05.2023

Mayın 5-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev ili" çərçivəsində "Zamanın axarını dəyişən Lider" adlı tədbir keçirilib.

Yardımlı rayon Arus kənd orta məktəbinin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə zamanın axarını dəyişdirərək Azərbaycan Respublikasını məhv olma təhlükəsindən qurtarmasından, eləcə də misilsiz xidmətlərindən, Azərbaycan adlı ölkənin dünya miqyasında tanınması üçün yürütüyü siyasətdən söhbət açıb. Z.Məmmədzadə həmçinin Yardımlı rayon Heydər Əliyev Mərkəzinin "Heydər Əliyev ili" çərçivəsində həyata keçirdiyi layihələr barədə də iştirakçılara məlumat verib. 

Yekunda tədbir iştirakçıları mərkəzdə möcud olan eksponatlar və sərgilərlə tanış olublar.