Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü

05.05.2023

Mayın 5-də Yardımlı rayon Mərkəzi Kitabxanasında “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunan dəyirmi masa keçirilib.

Yardımlı şəhər 1 saylı tam orta məktəb şagirdlərinin və oxucuların iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Mehman Xanızadə bu əlamətdar gün haqqında məlumat verib. Sonra MKS-in şöbə müdiri  Vasif Abdulov məruzə ilə çıxış edib.

Yekunda kitabxananın əməkdaşları Güloğlan İmanov, Eldəniz Heydərov, şagirdlərdən Firuz Qurbanlı çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.