Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarixin memarı

05.05.2023

Mayın 5-də Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə S.Tağıyev adına şəhər 4 saylı tam orta məktəbində “Heydər Əliyev ili”nə həsr olunan “Tarixin memarı” mövzusunda tədbir keçirilib.

“Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsinin müəllim və şagird heyətinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsinin Masallı şəhər S. Tağıyev adına 4 saylı tam orta məktəb üzrə qrup rəhbəri Elməddin Quliyev Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısındakı misilsiz tarixi xidmətlərindən, təhsilə göstərdiyi diqqət və qayğısından danışıb. 

Sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı və “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsinin IT Help-desk ixtisas müəllimi Gülcahan Vəkilzadə çıxış edərək Azərbaycan Respublikasının 1969–cu ildən başlayan yeni tarixinin, müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyinin, ölkə həyatında əldə edilmiş nailiyyətlərin dahi şəxsiyyət Heydər Əliyevin adı və müdrik dövlətçilik siyasəti ilə bağlı olduğunu vurğulayıb. 

Yekunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Qeyd edək ki, tədbir Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə rayon ümümtəhsil məktəblərində “Ulu öndər Heydər Əliyev irsi milli sərvətimizdir” adlı layihə çərçivəsində həyata keçirilib.