Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev müstəqil Azərbaycanda kitabxana quruculuğunun banisidir

05.05.2023

Mayın  5-də Masallı rayon Mərkəzi Kitabxanasının, Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə ümummill lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Mərkəzi Kitabxanada keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ümummil lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov “Heydər Əliyev ili” ilə əlaqədar “Tədbirlər Planı”na uyğun olaraq Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi və filal kitabxanalarında keçirilən tədbirlər haqqında iştirakçılara məlumat verib.

Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov,Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqa Tağıyeva, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, rayon İcra Hakimiyyətinin əməkdaşı Nuranə Muradova çıxış edərək ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması və inkişafındakı misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycan mədəniyyətinin inkişafına böyük önəm verərək elm, mədəniyyət, incəsənət xadimlərinə himayədarlıq edib.

Sonra kitabxananın əməkdaşı Arzu Hüseynova “Heydər Əliyev müstəqil Azərbaycanda kitabxana quruculuğunun banisidir” mövzusunda məruzə edib.

Tədbirdə Masallı şəhər Nəriman Nərimanov adına 2 saylı tam orta məktəbin 5, 6, 7, 8-ci sinif şagirdlərinin və 3 saylı körpələr evi- uşaq bağçasının balaca fidanlarının ifasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib. Yekunda kitab sərgisinə baxış keçirilib.