Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev şəxsiyyəti şagirdlərin gözü ilə

05.05.2023

Mayın 5-də  Cəlilabad rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Heydər Əliyev şəxsiyyəti şagirdlərin gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirilib.

Cəlilabad rayon Dövlət Rəsm Qalereyasının, Heydər Əliyev Mərkəzinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən rəsm müsabiqəsində şagirdlərin və dərnək üzvlərinin mövzu ilə bağlı çəkdikləri rəsmlər nümayiş olunub.

Yekunda fərqlənən rəssamlara münsiflər tərəfindən “Fəxri Fərman”lar təqdim edilib.