Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətənin qəhrəmanları heç vaxt unudulmur

04.05.2023

Mayın 4-də Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Banbaşı kənd kitabxana filialının müdiri Əsmər Əliyeva, Bəşir Nuriyev adına Binə Xocavar kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, Masallı RİHB-nın Banbaşı kənd İƏD-si üzrə nümayəndəliyinin əməkdaşları 9 May- Faşizm üzərində Qələbənin 78-ci ildönümü münasibətilə Böyük Vətən Müharibəsi veteranı Atabala Hacıyevin məzarını ziyarət ediblər.

Ziyarət zamanı məktəbin direktoru Ülvi Rufullayev, kitabxana filalının müdiri Əsmər Əliyeva şagirdlərə Atabala Hacıyevin həyat yolu haqqında məlumat veriblər.

Sonra məzarlıqda dəfn olunan Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunaraq, ruhlarına dualar oxunub.