Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncliyin himayədarı

04.05.2023

May ayının 4-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə S.N.Abıyev adına Köryədi kənd orta məktəbində "Heydər Əliyev ili" ilə əlaqədar "Gəncliyin himayədarı" mövzusunda tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Ulu Öndərin hakimiyyətinin hər iki dövründə gənclərimizə göstərilən diqqət və qayğıdan, gənclərimizin təhsil almaları üçün yaradılan şəraitdən bəhs edərək, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan naminə həyata keçirdiyi işlərdən və yürütdüyü siyasətdən söhbət açıb.

Yekunda şagirdləri maraqlandıran suallar cavablandırılıb və xatirə fotoları çəkilib.