04.05.2023
Mayın 4-də Masallı ASAN xidmət mərkəzinin könüllüləri ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Ekskursiya zamanı könüllülər Masallı rayon Heydər Əliyev Mərkəzində təşkil olunan “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100” adlı sərgiyə baxış keçiriblər.