Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ünsiyyət və münasibətdə qayğıya ehtiyacı olanlar

04.05.2023

Mayın 4-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin, Masallı Dövlət Rəsm Qalereyasının, Sosial Xidmətlər Agentliyi PHŞ-nin Lənkəran -Astara regional filialının Masallı bölməsinin birgə təşkilatçılığı ilə muzeydə “Ünsiyyət və münasibətdə qayğıya ehtiyacı olanlar” mövzusunda tədbir keçirilib.

Asan xidmət könüllülərinin, mədəniyət nümayəndələrinin, Masallı Xəbərləri İnformasiya Portalının rəhbəri Rauf Cəbiyevin və təşkilatçı müəssisə əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əlievin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva, Sosial Xidmətlər Agentliyi PHŞ-nin Lənkəran -Astara regional filialın Masallı bölməsinin rəhbəri Şahin Məmmədov ,Masallı rayon Əlil Qadınlar Cəmiyyətinin sədri Əminə Abıyeva, Masallı Xəbərləri İnformasiya Portalının rəhbəri Rauf Cəbiyev ,Masallı Dövlət Rəsm Qalereyasının direktor vəzifəsini icra edən Təhmasib Məcidov sağlamlıq imkanları məhdud, fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası, onların bilik və bacarıqlarına uyğun işlə təmin edilməsinə şəraitin yaradılması, fərd olaraq onların hər birinin normal həyat qurub cəmiyyətin ayrılmaz bir hissəsi olmalarından ötrü görülən işlərdən danışıblar. Çıxışlarda dövlət tərəfindən fiziki məhdudiyyətli şəxslərə göstərilən qayğı və diqqət xüsusi qeyd edilib.

Sonra təşkilatçılar tərəfindən bir neçə fiziki məhdudiyyətli yaradıcı şəxs “Təşəkkürnamə” ilə təltif olunub.

Yekunda tədbir iştirakçıları muzeyə ekskursiya edərək, xatirə şəkilləri çəkdiriblər.