Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü

03.05.2023

Mayın 3-də Cəlilabad rayon Heydər Əliyev  Mərkəzində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda tədbir keçirilib.

Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin, Tarix Diyarşünaslıq Muzeyinin və Qızıl Aypara cəmiyyətinin Cəlilabad rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidləri əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyəti ölkəmizin tarixində möhtəşəm hadisə olmaqla bərabər, bizlərə və gələcək nəsillərə inkişaf üçün sarsılmaz bir təməldir. Bu gün Azərbaycanın hər sahədə qazandığı uğurlarına görə ilk növbədə Heydər Əliyev Dühasına minnətdar olmalıyıq. O, doğma xalqının milli şüurunu dirçəldərək, gələcəyə tükənməz ümidlərlə baxmaq vərdişi yaratdı.