Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarixi Zəfər Heydər Əliyev siyasətinin təntənəsidir

03.05.2023

Mayın 3-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində şəhid Cəlal Kazımov adına Qodman kənd tam orta məktəbində “Tarixi Zəfər Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tarix dərsi keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra muzeyin əməkdaşı Çingiz Qurbanov, məktəbin müəllimləri Bəybala Əliyev, Niyazi Əliyev çıxış edərək Ümummilli Liderin uzaqgörən, düşünülmüş, məqsədyönlü siyasətindən, həmçinin onun layiqli davamçısı Prezident İlham Əliyevin rəşadətli ordu və xalq birliyi yaratmaqla Azərbaycanın adını qalib ölkə kimi tarixə yazmasından danışıblar.  

Yekunda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.