Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zirvədədir əməllərin

02.05.2023

Mayın 2-də Mahmudavar kənd Folklor evində ümummilli lider Heydər Əliuevin 100 illiyinə həsr olunan “Zirvədədir əməllərin” adlı tədbir keçirilib.

Tədbirdə Mahmudavar kənd izibati ərazi dairəsi üzrə nümayəndə Ağadadaş Qənbərov, Mahmudavar kənd tam orta məktəbin direktoru Xanım Əliyeva, ümumi orta məktəbin direktoru İsa İbadov, tarix müəllimi Qumru Əhmədov çıxış edərək Ümummilli Liderin misilsiz xidmətlərindən söhbət açıblar.

Tədbir bədii özfəaliyyət kollektivlərinin və Halay Folklor Xalq Kollektivinin maraqlı çıxışları ilə davam edib.